Musiqi
Musiqi

“Onsuz da sabah yenə qırışacaqlar”

“Onsuz da sabah yenə qırışacaqlar”

Aparıcı Ranar Musayev Xalq artisti Röya Ayxan və Nigar Camalın barışmasına münasibət bildirib.

OLAY yazır ki, bu barədə instaqramda paylaşım edən Ranar hər iki müğənninin adını işarələyərək, onların yenidən küsəcəklərini iddia edib:

“Bu iki meymunu mən barışdıra bilmədim, özləri barışdı. Onsuz birazdan yenə qırışacaqlar, bu dəfə isə mənə görə. O, deyəcək : “Neynirsən buna konsert edirsən, plastikası yoxdur, oynaya bilmir. Mənə elə”. Bu biri də deyəcək ki “Ona konsert etmə, onsuz da səsi yoxdur, oxuya bilmir. Mənə et”. Sonunda da qırğın, saç yoldu”,- deyə aparıcı zarafatla, onların barışmasına bu cür reaksiya verib. 

Qeyd edək ki, Röya Ayxan və Nigar Camal gənc müğənni Nuranın klip təqdimatında barışmışdı.