Musiqi
Musiqi

Kirkorov tənqidlərə cavab verdi

Kirkorov tənqidlərə cavab verdi

Plastik əməliyyatlarla tanınmaz hala düşən Rusiyanın Xalq artisti Filipp Kirkorov mətbuata açıqlama yayıb. 

OLAY yazır ki, ağ saçları və formasını dəyişmiş qaşları ilə diqqət çəkən müğənni tənqidlərə cavab verib.

“Şayiələrə son! Oxşarım yoxdur! Həm quş, həm pəri, həm də nə istəsəniz ola bilərəm, əsas odur ki, həmişə Filipp Kirkorovam. Yeganə və təkrarolunmaz!”, - o, instaqramda yazıb.

Qeyd edək ki, 54 yaşlı sənətçinin bu dəyişimi izləyicilər tərəfindən tənqid olunmuşdu.