Maestro Niyazinin xanımını qətlə yetirən oğulluğu yenidən həbs olunub.
OLAY APA-ya istinadən xəbər verir ki, Şamaxıda avtomatla saxlanılan Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum olunub. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.
O hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) maddəsi üzrə ittiham olunur.
Ceyhun Kafi vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb. Maestro haqqında filmdə də Ceyhunun uşaqlıq illəri ilə bağlı görüntülər var. Bu barədə "Qara Talelər" sənədli filmində də bəhs olunub. Həmin film Niyazinin oğulluğu Ceyhun Kafidən bəhs edir.
Ceyhun Kafi analığını, maestro Niyazinin həyat yoldaşı Həcər xanımı öldürməkdə də ittiham olunub. O, analığını öldürərək evi qarət edib.