Musiqi
Musiqi

Ukraynanı maliyyələşdirməkdə ittiham olunur

Ukraynanı maliyyələşdirməkdə ittiham olunur

Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayte və onun böyük oğlu Nikita Presnyakov Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində şübhəli bilinirlər.

OLAY yazır ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

“Cənub Vətənpərvər Qüvvələr Assosiasiyası təşkilatının ictimai fəalları, ulduzun ABŞ-da yaşadığını əsas gətirərək, Rusiya xüsusi təyinatlıları haqqında birmənalı danışmayan Orbakayte və Presnyakovu yoxlamaq xahişi ilə İstintaq Komitəsinə müraciət etdilər”,- deyə bildirilib.

Əgər ictimaiyyətin şübhələri təsdiqlənərsə, 2014-cü ildə müğənni Alla Puqaçovanın qızına verdiyi Moskvanın 1-ci Tverskaya-Yamskaya küçəsindəki 105 metrlik mənzilinin müsadirə olunmasını xahiş ediblər.