Xalq artisti Brilliant Dadaşova şəhidlərimizlə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi mövcud vəziyyətlə bağlı keçirdiyi kədər hissini dilə gətirib:
“Yenə qarışıqlıq, yenə göz yaşı. Tanrı niyə qonşu etdi bizə əsli, kökü bilinməyən əyyaşı? Haradandır bu qədər dərd, belə zillət? Nə zaman sakit yaşayacaq bu xalq? Nədən görəsən bu qədər ağır oldu türkün daşı? Nədən heç tapılmır dostu, sirdaşı?”,- deyə, paylaşımında qeyd edib.