Dünyaca məşhur müğənni Şakira övladları ilə Barselonadan Mayamiyə köçmək qərarının səbəbini açıqlayıb.
OLAY yazır ki, ulduzun sözlərinə görə, Jerar Pikedən boşanma xəbərindən sonra o və oğulları jurnalistlərin təqib obyektinə çevrilib. Şakira medianın diqqətinin artmasından şikayətlənib.
“Övladlarım Milan və Saşa Barselonada paparatsiyaların və bir sıra media orqanlarının davamlı təqiblərindən əziyyət çəkərək çox çətin bir il keçirdilər. Mən övladlarımın adından mediaya müraciət edirəm ki, onların şəxsi toxunulmazlıq hüququna hörmət etsinlər”, – müğənni sosial şəbəkədə yazıb.
Şakiranın sözlərinə görə, o, bu müraciəti müğənni kimi yox, iki uşaq sevən anası kimi yazıb.