Musiqi
Musiqi

“Avroviziyaya getsəm, ilk 3-də olaram”

“Avroviziyaya getsəm, ilk 3-də olaram”

Türkiyəli müğənni Yılmaz Morgül iddialı açıqlama edib.

OLAY yazır ki, ötən gün Nişantaşında görüntülənən sənətçi anası dünyasını dəyişəndən sonra ilk dəfə müsahibə verib.

Pərəstişkarlarının onu Avroviziyada görmək istədiyini deyən Morgül fikirlərini belə ifadə edib:

“Mən bütün tərzlərdə mahnı ifa edə bilirəm, lazım gəlsə, rok da oxuyaram və hamını meydana dəvət edirəm. İstəsəm ingilis, fransız dillərində də oxuyaram, bunun təhsilini almışam. İddialıyam! Yarışmada ilk 3-də yer alacağıma əminəm”.