Əməkdar artist Elza Seyidcahandan şikayət var.
OLAY yazır ki, kamança ifaçısı Elnur Salah sənətçinin musiqiçilərin pulunu ödəmədiyini iddia edib. O, məsələ ilə bağlı sosial media hesabında yazıb.
“Tanıdığınız bu, müğənni martın 28-də solo konsert verib və mən də digər musiqiçilər kimi iki ay məşqinə getmişəm . O, bu günə qədər hələ də haqqımızı vermir. Bir saat əvvəl mənə zəng edib deyir ki, pulum yoxdur, verməyəcəm. Üstəlik, məni təhqir edib telefonu da üzümə söndürür”, - deyə, Elnur qeyd edib.
Qeyd edək ki, Seyidcahanın “Mahnılar və şeirlər” adlı konserti bir neçə gün öncə baş tutub.