Musiqi
Musiqi

“Əllərində telefon onu danışdıran sənət dostları utanmır”

“Əllərində telefon onu danışdıran sənət dostları utanmır”

Uzun illərdir Azərbaycandan köçüb Norveçdə yaşayan yazıçı Günel Mövlud xəstə yatağında olan meyxanaçı Kərim haqda paylaşım edib.

OLAY yazır ki, yazar söz ustadının görüntülərini yayanları qınayıb:

“Meyxanaçı Kərim bir neçə ildir yataq xəstəsidir. Nazilə Səfərlidən tutumuş, Ağamirzəyə qədər hamı gedir bu adamın evinə, xəstə adamı yatağında zəif, gücsüz halda çəkib, millətə göstərirlər. Kərimin üzünə baxanda, insana yazığım gəlir. Adam yataqda uzanmasından, halsızlığından, köməksizliyindən utanır, əllərində telefon onu danışdırmağa çalışan sənət dostları utanmır.

Oğlu, ailəsi də abırlı adamlardı, üzləri gəlmir desin ki, ay adam, ay əmi, ay xala, atamız xəstədir, zəifdir, insanların onu belə görməsini istəmirik. Onlar utanır, Kərimi o halda çəkib paylaşanlar utanmır.

İnsanlar utanma, çəkinmə, abır-həya hisslərini ititriblər. Mətndə bir açıq söz işlədəndə, səni topa tutan adamlar, gedib kiminsə yatağını, mərhəmini çəkib insanlara göstərməkdən utanmırlar.

Çox dəhşətli dövrə gəlib çıxmışıq. Çox”.

Qeyd edək ki, bir müddət öncə şairə Nazilə Səfərli meyxanaçının evinə ziyarətə getmiş, lakinin onun üzünə qapı açan olmamışdı. Daha sonra qapının önündən paylaşım edən şairəylə sənətçinin oğlu arasında qalmaqal yaşanmışdı.