Müğənni Şakira fanatlarını “barbar” adlandıran keçmiş sevgilisi Jerard Pikeyə cavab verib.
OLAY yazır ki, bu barədə “BuzzFeed” nəşri məlumat yayıb. Qeyd olunub ki, bir neçə gün əvvəl Pike müsahibə verərək, Şakiradan ayrıldıqdan sonra təqiblərə məruz qalmasından danışıb.
O, “əslim ispandır. Siz sadəcə onun pərəstişkarlarından aldığım tənqidləri görmürsünüz. Bu, çox barbarlıqdır”,- bildirərək Latın amerikalıları təhqir edib.
Şakira isə tvitterdə ispan dilində “bu millətin üzvü olmaqdan qürur duyuram” yazaraq Latın Amerika ölkələrinin bayraqlarını vurğulayıb.