Musiqi
Musiqi

Şakira İspaniyanı birdəfəlik tərk etdi

Şakira İspaniyanı birdəfəlik tərk etdi

Ötən aylarda sevgilisi, futbolçu Jerar Pikenin xəyanətinə uğrayan və ondan ayrılan  Şakira uzun illərdir yaşadığı Barselonadan köçmək qərarına gəlib.

OLAY yazır ki, o, oğlanları ilə ölkədən birdəfəlik getdiyini açıqlayıb. Şakira qeyd edib ki, xoşbəxtlik axtarışında yeni səhifəyə başlayır:

“Barselonada - dostluğun sevgidən çox davam etdiyini bildiyim şəhərdə mənimlə olan hər kəsə minnətdaram. Mənə dəstək olan, göz yaşlarımı silən, ilhamlandıran və böyüməyə kömək edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Şakiranın Mayamiyə köçdüyü bildirilir.