Musiqi
Musiqi

Əməkdar artistin “Range Rover”indən oğurluq edildi

Əməkdar artistin “Range Rover”indən oğurluq edildi

Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat yoldaşı Sənubər Niftəliyevaya məxsus əl çantasını oğurlayan şəxs həbs edilib. 

OLAY “Qaynarinfo”ya istinadən yazır ki, müğənni xanımı ilə 23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonunda yerləşən ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini mağazalardan birinin qarşısında saxlayıb. 

Avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə bağlandığını düşünən ifaçı bundan sonra mağazaya girib. Bu vaxt müğənninin yoldaşı özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön sərnişin oturacağının üzərində qoyub. Çantada isə 920 manat pul olub.

Alış-verişdə pulu çatmayan Niftəliyev təxminən yarım saat sonra maşının yanına qayıdaraq, həyat yoldaşının çantasından pul götürmək istəyib. Lakin çantanın yerində olmadığını görüb. Bundan sonra DİN-in “102” xidmətinə məlumat verib. 

Polisin apardığı araşdırma zamanı hadisəni 1991-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş və 2022-ci ildə Milli Məclisin qəbul etdiyi Amnistiya aktına əsasən azadlığa buraxılan Səbuhi Səfərovun (soyad şərti) törətdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Səbuhi Səfərov barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Babək Niftəliyev bildirib ki, hələlik dəymiş ziyan ödənilməyib. Hadisəni törədən şəxs isə cəzasını çəkəcək.