Musiqi
Musiqi

Mayli Sayrusun mahnısı 6 yaşlı uşaqlara qadağan edildi

Mayli Sayrusun mahnısı 6 yaşlı uşaqlara qadağan edildi

Mayli Sayrusun kantri müğənni Dolli Partonla duet etdiyi “Rainbowland” mahnısına ABŞ-da məktəb şurası veto qoyub.

OLAY yazır ki, mahnı birinci sinif şagirdlərinə qadağan edilib.

Viskonsin ştatının Uokeşa şəhərindəki məktəbin rəhbərliyi bu qadağanı birinci sinif şagirdlərinin yaz konserti üçün qoyub.

Valideynlərdən biri bildirib ki, məktəb rəhbərliyi mahnını çox mübahisəli hesab etdikdən sonra qadağan edilib.

Məktəb şurası açıqlamada “Bu mahnı mübahisəli və şagirdlərin yaş səviyyəsinə və yetkinlik səviyyəsinə uyğun olmayan kimi qəbul edilib”, - deyə, bildirib.