Rusiyanın məşhur müğənnisi Boris Qrebenşçikovun martın 23-də Balidə planlaşdırılan konserti məkanın təşəbbüsü ilə ləğv edilib.
OLAY yazır ki, bu barədə sənətçinin özü məlumat verib.
Tədbirin ləğv edilməsinə səbəb isə İndoneziya qanunlarında edilən dəyişiklik olub.
Belə ki, indi konsert və qastrol fəaliyyətini həyata keçirmək üçün Borisin turist vizası yox, iş vizası olmalıdır.