Musiqi
Musiqi

Bakıda qalib olan Loreen yenidən seçildi

Bakıda qalib olan Loreen yenidən seçildi

2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsində qalib olan Loreen yarışmaya geri dönür.

OLAY yazır ki, sənətçi “Tattoo” mahnısı ilə İsveçi “Avroviziya-2023”də təmsil etmək hüququ əldə edib.

“İsveç xalqına təşəkkür edirəm. Söz verirəm ki, əlimdən gələnin ən yaxşısını edəcəm”, - deyə, Loreen bildirib.

Qeyd edək ki, ifaçı 11 il əvvəl Bakıda keçirilən müsabiqədə “Euphoria” mahnısı ilə  372 bal toplayaraq birinci olub.

Onu da bildirək ki, yarışma Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq.