2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsində qalib olan Loreen Avropanın gündəmindədir.
OLAY yazır ki, sənətçi yenidən yarışmada iştirak etmək üçün İsveçin milli seçim turu olan “Melodifestivalen”da mübarizəyə atılıb.
Məşq prosesindən görüntülər sosial şəbəkələrdə yayılıb və iki il fasilədən sonra liderlik kürsüsündən Ukrayna enib və Avroviziya mərc oyunlarında İsveç lider olub.
Hələ təmsilçi status qazanmayan ifaçının yerli seçimlərdə qalib olacağını düşünür.
Onun çıxış mahnısı “Tattoo” adlanır. Milli seçim turu martın 11-dək davam edəcək.
Qeyd edək ki, 10 il əvvəl Loreenin “Euphoria” mahnısı 372 balla birinci olmuşdu.