17 il sonra ilk dəfə Bakıda konsert verməyə hazırlaşan məşhur türk müğənni Mahsun Kırmızıgül xeyirxah addımı ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi tədbirdən əldə edilən bütün gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacağını açıqlayıb.
Bu haqda Mahsun sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Kırmızıgülün paytaxtımızdakı konserti 12 martda Bakı Konqres Mərkəzində baş tutacaq.
Məlumat üçün onu da bildirək ki, sözügedən tədbirin 12 fevralda keçirilməsi planlaşdırılırdı. Lakin baş verən zəlzələ səbəbindən konsert təxirə salınmışdı.