Sertab Erener və Serdar Ortaçın təxirə düşmüş Bakı konsertinin yeni tarixi bəlli olub.
OLAY yazır ki, bu barədə “iticket” platforması məlumat paylaşıb.
Belə ki, Serdarın 19 fevralda Bakı Konqres Mərkəzində nəzərdə tutulan çıxışı 1 aprelə keçirilib. S. Erenerin 14 fevraldakı proqramı isə 9 martda Bakı Konqres Mərkəzində baş tutacaq.
Qeyd edək ki, sözügedən konsertlər Türkiyədə yaşanan faciə ilə bağlı təxirə düşüb. Hər iki ifaçı əldə olunan gəlirin bir qismini zərərçəkənlərə ianə edəcək.