Musiqi
Musiqi

Luk Blək Serbiya adına yarışacaq

Luk Blək Serbiya adına yarışacaq

Serbiya 2023-cü il Avroviziya təmsilçisini və “Pesme Evrovizije” adlı milli finalla mahnısını müəyyən edib.

OLAY yazır ki, Luk Blək münsiflər heyətini və ictimai səsverməni qazanaraq ölkəsini yarışmada təmsil etmək hüququ qazanıb. 

Luk Blək kimdir?

Luk Blək kimi tanınan Luk İvanoviçin 30 yaşı var. O, 12 yaşında mahnıların sözlərini yazmağa başlayıb və bir neçə ildən sonra musiqi bəstələyib. O, daha sonra ingilis dili və ədəbiyyatı öyrənmək üçün Belqrada köçüb, həmçinin bəstəkarlıq üzrə magistr təhsili alıb.

O, ilk dəfə 2014-cü ildə musiqi festivalında çıxış edib və “Universal Music” nümayəndələrinin diqqətini çəkərək müğənni olub.