Müğənni Dilarə Kazımova yeni klipini təqdim edib.
OLAY yazır ki, məşhur estrada ifaçısı “Alov” adlı yeni trekini dinləyicilərin ixtiyarına verib. Həmin ifanın sözləri və musiqisi Sheyh Ree-yə məxsusdur.
Mahnını isə rejissor Xəyal Hüseyn ekranlaşdırıb. Sənətçinin layihədə tərəf müsqabili İsmayıl Məmmədzadədir.
Ekran işində cəsarətli obrazlara yer verilib və klip rəngli görüntülər, rəqs və fərqli obrazlarla zəngindir. Belə ki, bəstə sevgi və ehtirasdan bəhs edir.
“İnsanlar bir-biriləri ilə danışmasalar da, görüşəndə, göz-gözə gələndə ağılları başlarından çıxır. Bir-birilərinin yanında olmaq, toxunmaq istəyirlər”, - deyə Dilarə Kazımova bildirib.
Həmçinin, sənətçi qeyd edib ki, klip çəkilişləri zamanı temperaturu 39 dərəcə olub və işləri bu səbəbdən təxirə salmaq istəməyib:
“Biz layihəni planlaşdıranda hər şey yaxşı idi. Lakin çəkilişlər başlayana yaxın xəstələndim, ağrım olmasa da, 39-40-a yaxın qızdırmam var idi. Buna baxmayaraq başa düşürdüm ki, komandanın, klipin üzərində çalışanların əziyyəti böyükdür. İşləri təxirə salmaq olmazdı. Ona görə də əlimdən gələni etməliydim. Rəqslər və digər məqamlar öz yerindədir. İnanıram ki, insanlar da bunu qiymətləndirəcəklər”.
Qeyd edək ki, layihənin prodüseri Cabir Əliyevdir.
Fotolar: İlkin Broman