Musiqi
Musiqi

“Səhifəmdə toy paylaşıramsa, deməli, ora üçün oxuyuram”

“Səhifəmdə toy paylaşıramsa, deməli, ora üçün oxuyuram”

“Getdiyim proqramlardan və el şənliklərindən səhifəmdə paylaşım etmirəm. Dəvət alıram, gedirəm. Əgər səhifəmdə toydan paylaşım edirəmsə, bu, o demək deyil ki, mən yaxşı oxuyuram. Bu, o deməkdir ki, mən toy üçün oxuyuram və çox dəvət edin”.

OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” proqramında müğənni Əminə Şirin söyləyib.

O toy paylaşımları etməməsinin səbəbini açıqlayıb:

“Heç vaxt səhifəmi o vəziyyətə salmaq istəmirəm. Demirəm ki, düz və ya səhv edirəm. Sadəcə olaraq bunun səliqəli şəkildə qalmağını istəyirəm. Mənə ləzzət edən odur ki, tədbirinə dəvət edən insan instaqramda toy paylaşımı görmədən dəvət edir. Canlı, ancaq mənşəyi bəlli olan mahnılar oxuyuram. Başdan-ayağa kimi də toy aparırıq”.