Musiqi
Musiqi

Çingiz türkcə mahnı yayımladı

Çingiz türkcə mahnı yayımladı

Müğənni Çingiz Mustafayev türkcə mahnı təqdim edib.

OLAY yazır ki, ifaçı söz və musiqisi özünə məxsus olan “Beni benden alan” adlı bəstəyə klip də çəkdirib. Fuad Tofiqoğlunun rejissorluğu ilə ərsəyə gələn ekran işində Çingizlə bərabər İstanbuldan görüntülər və semazenlərin rəqsi yer alıb.

Yeni layihəsini musiqi platformalarında, yutubda yerləşdirən Çingiz bu sözləri bildirib:

“Bu mahnını keçən il bəstələmişdim, amma bu gün təqdim edirəm. Səbəb isə həyatımda mistik dəyişikliklərin baş verməsidir. Həyat çox sirlidi, əgər sınaqları doğru keçə bilirsənsə və çətinliklərdən düzgün nəticə əldə edirsənsə, yaradanla bütövləşə bilməmək şansın yoxdur. Belə olduğu zaman sən əsl eşqi, sevgini hiss edib, duya, dada bilirsən. Sevgi yolunda dəli olmaqdan qorxmayın, sevgini dadmadan bu dünyadan köçməkdən qorxun. Sevgiylə qalın”.