Musiqi
Musiqi

Ukraynalı qaçqınlara “Avroviziya” üçün 3 min bilet veriləcək

Ukraynalı qaçqınlara “Avroviziya” üçün 3 min bilet veriləcək

Böyük Britaniya hökuməti ölkədə yaşayan ukraynalı qaçqınlara mayın 9-dan 13-dək Liverpulda keçiriləcək “Avroviziya 2023” üçün təxminən üç min bilet verəcək.

OLAY yazır ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Bundan əlavə, Britaniya Nazirlər Kabineti müsabiqədə Ukrayna mədəniyyətinin elementlərinin təqdim edilməsi üçün 10 milyon funt sterlinq (11,9 milyon dollar) ayırmağı əmr edib. Qeyd olunur ki, bu pul Liverpul Şəhər Şurası ilə Britaniyanın BBC Yayım Korporasiyası arasında Ukraynadan olan sənətçilərlə tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün istifadə olunacaq.

Müsabiqə Böyük Britaniyada keçiriləcək, çünki əvvəlki müsabiqənin qalibi olan Ukrayna Rusiyanın xüsusi əməliyyatı səbəbindən tədbiri öz ərazisində keçirə bilməz.