İkinci Qarabağ müharibəsi zamanı yaralı ifası ilə sosial mediada məşhurlaşan qazi Məbud Əhmədov “Səs Azərbaycan – Doğma nəğmələr” yarışmasına qatılıb.
OLAY yazır ki, o, yarışmada “Qarabağ” mahnısını səsləndirib. Lakin heç bir münsif Məbudun ifasına dönməyib. Onun müharibə iştirakçısı olduğunu öyrənəndən sonra isə peşman olublar.