Musiqi
Musiqi

Məşhur müğənninin konsertində atışma

Məşhur müğənninin konsertində atışma

“Mot” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Matvey Melnikovun Moskva konserti zamanı atışma yaşanıb.

OLAY yazır ki, təxmini yeddi nəfərdən ibarət fanat qrupu səhnəyə çıxmaq istəsə də, mühafizə onları buraxmayıb. Ziyarətçilər dalaşmağa başladığından onları küçəyə çıxarıblar. Bu zaman kişilərdən biri öz mühafizəçilərindən travmatik tapançanı alaraq atəş açmağa başlayıb.

Bar mühafizəçilərinin sözlərinə görə, cangüdənlər həmin şəxsin əlindən silahı götürərək maşına mindirib və naməlum istiqamətə aparıblar.

Müəssisənin işçiləri polisə zəng ediblər. Hazırda atəş açan şəxsin kimliyi müəyyənləşdirilir.