Musiqi
Musiqi

Selena çağırış etdi- Şərhləri dayandırın

Selena çağırış etdi- Şərhləri dayandırın

Müğənni və aktrisa Selena Qomez artıq kiloları ilə bağlı onu tənqid edənlərə cavab verib. 

OLAY yazır ki, sənətçinin sözlərinə görə, çəkisi qəbul etdiyi dərmanlara görə dəyişir: “Dərman qəbul edəndə çox çəki alıram, bu, normaldır. Dərman qəbul etməyi dayandırdığım zaman arıqlamağa meyilli oluram”.

Qomez insanları sosial şəbəkələrdə onu izləməyi dayandırmağa və görünüşü ilə bağlı qəzəbli şərhlər yazmamağa çağırıb: “Mən model deyiləm. Özümüzü yaxşı hiss edə bilməyəcəyimiz günlərimiz olur, amma sağlam olmağı və özümə qulluq etməyi üstün tuturam. Dərmanlarım vacibdir və inanıram ki, mənə kömək edirlər”.

Qeyd edək ki, 2015-ci ildə həkimlər Selena Qomezə ağır otoimmün xəstəlik - sistemli qırmızı qızartı diaqnozu qoyub, 2017-ci ildə isə böyrəyini transplantasiya ediblər.