Musiqi
Musiqi

Rihanna Beyonsdan ilhamlandığını açıqladı

Rihanna Beyonsdan ilhamlandığını açıqladı

Müğənni Rihanna şousuna hazırlaşarkən Beyonsun 2013-cü ildə “Super Bowl” çıxışından ilhamlandığını etiraf edib.

OLAY yazır ki, bu barədə o, qərb KİV-nə açıqlamasında deyib.

“Mən həmin gün fasilə zamanı Beyonsun bir neçə dəfə çıxışına baxdım. O, ən yaxşısıdır və bu, tamamilə fərqli səviyyədir. Həqiqətən də ondan İlham aldım,”- Rihanna bildirib.

Qeyd edək ki, fevralın 13-nə keçən gecə Amerika futbolu üzrə Milli Futbol Liqasının mövsümünün 57-ci final oyunu keçirilib. Super Bowl 2023 təkcə Kanzas Siti qələbəsi ilə deyil, həm də 2017-ci ildən bəri ilk dəfə səhnəyə çıxan və əlavə olaraq ilk doğumdan səkkiz ay sonra ikinci hamiləliyini elan edən Rihannanın çıxışı ilə yadda qaldı.

Bundan əvvəl Coldplay qrupunun solisti Rihannanı bütün zamanların ən yaxşı müğənnisi adlandırmışdı.