Keçmiş sevgilisi Kris Braun Rihannanı təbrik edib.
OLAY yazır ki, “Super Bowl”da heyrətamiz şou nümayiş etdirən, həm də ikinci uşağına hamilə olan müğənniyə reaksiyasını İnstaqramda paylaşıb.
“Go girl” (İrəli, qız!) yazısı ilə dua və ürək emojisi bölüşən Kris bundan öncə də Riri və Eysəp Raki ilk övladını dünyaya gətirəndə onları təbrik etmişdi.
Qeyd edək ki, Kris və Rihanna 2007-2009-cu illərdə sevgili olub. Cütlük 2009-cu ildə qalmaqallı şəkildə ayrılıb. Rihannanı döyən Kris onunla yenidən 2012-ci ildə barışsa da, bu münasibət uzun çəkməyib.