Musiqi
Musiqi

İtaliya Markonu ikinci dəfə “Avroviziya”ya göndərir

İtaliya Markonu ikinci dəfə “Avroviziya”ya göndərir

İtaliyanı “Avroviziya”da təmsil edəcək şəxs bəlli olub.

OLAY yazır ki, gənc ulduz Marko Mengoni “Due Vite” mahnısı ilə 2023-cü ildə səhnəyə çıxacaq. Sənətçi özü də bunu təsdiqləyib.

34 yaşlı ifaçı “The X Factor” yarışmasının İtaliyadakı 3-cü sezonun qalibi olaraq məşhurlaşıb. Həmin il Sanremo Musiqi Festivalında isə 3-cü yerin qalibi olub. 2010-cu ildə MTV Avropa Musiqi Ödüllərində “Avropanın ən yaxşı sənətçisi” kateqoriyasında birinci olan ilk italyan müğənni seçilib.

Qeyd edək ki, bu, Markonun ikinci “Avroviziya” təmsilçiliyidir. O, bundan öncə 2013-cü ildə ölkəsini “L'essenziale” adlı mahnıya təmsil edib və 126 xalla 7-ci olub.