Musiqi
Musiqi

Daha 7 ölkə öz təmsilçisini seçdi

Daha 7 ölkə öz təmsilçisini seçdi

Daha 7 ölkə “Avroviziya-2023” təmsilçisini seçib.

OLAY yazır ki, bu il Estoniya adından sözügedən müsabiqədə “Bridges” mahnısı ilə Alika yarışacaq.

Danimarkanı isə “Breaking my heart” mahnısı ilə Reiley təmsil edəcək.

Latviya təmsilçisi isə “Aija” mahnısı ilə “Sudden Lights” qrupudur.

Xorvatiya adından “Mama ŠČ!” ifası ilə “Let 3” rok qrupu yarışacaq.

Maltanı isə “Dance” mahnısıyla “The Busker” qrupu təmsil edəcək.

Rumıniya təmsilçisi isə “D.G.T” mahnısı ilə Theodor Andrei olacaq.

İtaliya adından isə “Due Vite” mahnısıyla Marko Menqoni yarışacaq.