Britni Spirsin əri Sem Asqeri müğənninin həyatına edilən müdaxilənin bir hissəsi olması ilə bağlı xəbərlərə cavab verib.
OLAY yazır ki, TMZ bu barədə xəbər dərc edib. Bildirilir ki, Sem Britnini köməyə ehtiyacı olduğuna inandırmaq üçün müdaxilə etməli idi, lakin heç bu, heç vaxt baş verməyib.
Sem isə məsələ barədə belə açıqlama verib:
“Mən heç kimə müdaxilə etməmişəm. Həyat yoldaşım öz həyatına tam nəzarət edir və şəraitdən asılı olmayaraq özü ilə bağlı bütün qərarları qəbul etməyə davam edəcək. Onun səhhəti ilə bağlı spekulyasiyalar yersizdir və dərhal sona çatmalıdır”.