Mərhum Maykl Ceksonun nümayəndələri müğənninin səhmlərinin 50%-ni sata bilərlər.
OLAY yazır ki, bu barədə TMZ məlumat yayıb.
Sənətçinin nümayəndələri ilə “Sony” arasında müqavilə bağlana bilər. Bu müddət ərzində məhsulların yarısı şirkətə satılacaq. Səhmlər şərti olaraq 900 milyon dollar dəyərində qiymətləndirilir.
Ceksonun əmlak menecerləri əmin edirlər ki, onlar sənətçinin bütün musiqi kataloqunu satmaq niyyətində deyillər. Həmçinin sövdələşmənin şərtlərindən biri də ifaçının səhmlərinə birgə nəzarət və idarə olunmasıdır. Materiala Ceksonun musiqi əsərlərinin nəşr hüquqları daxildir.