Beyonsun “Ən yaxşı rəqs/elektron albom” nominasiyası üzrə “Qremmi”də qalib gəlməsi onun mükafatının sayını 33-ə çatdırıb.
OLAY yazır ki, bu barədə ödülün rəsmi saytında qeyd olunub. Bildirilir ki, bu, “Qremmi” tarixində ən yüksək göstəricidir.
“RENAISSANCE” albomu ilə illər sonra qayıdan Beyons məşhur dirijor Corc Soltinin rekordunu yeniləyib. O, musiqiçini geridə qoyaraq bütün zamanların ən çox “Qremmi” qazanan sənətçisi olub.
Rekordu qazanmağın vaxtı gələndə Beyons səhnəyə gələrək ayaq üstdə alqışlarla qarşılanıb. Allaha və ailəsinə təşəkkür etdikdən sonra o, bu rekorda xüsusi təsir göstərən hər kəsə minnətdarlığını bildirib.