Berkayla Murat Bozun içkili çıxdığı səhnə sosial mediada viral olub.
OLAY yazır ki, hər iki müğənninin “Uçurum” mahnısını söylədiyi anlar birmənalı qarşılanmayıb.
Berkay bu barədə “Pop Bizde” səhifəsinə münasibət bildirib:
“Mahnı oxumamışıq ki... Bərbaddır. Adımı deməyimiz belə möcüzə olarmış. Amma yaxşı bir xatirə olub. Konsertlərimizə gələnlər, kaş ki, yaxşı performanslarımızı da paylaşsanız. Təbii ki, davamlı olaraq peşəkar olduğumuz üçün maraqlı gələn bu görüntülərdir. Burada bir performans yoxdur, bərbaddır. Əylənmək üçün çıxdığın gecədə mahnı oxuma xətası olmaz”.
Murat Boz isə “Ötən gün o qədər içmişik ki, hələ də səsim düzəlməyib”, - deyə, Yıldız Tilbenin səhnəsində qonaq olub.