Türkiyənin məşhur müğənnisi Gülben Ergen Cənubi Azərbaycanla bağlı tvit atıb.
OLAY yazır ki, sənətçi hesabında Xoy şəhərindəki zəlzələ barədə paylaşım edib. Ergen bildirib ki, soydaşlarımız çətin vəziyyətdədir:
“Azərbaycan xalqına keçmiş olsun. Qardaşlarımızın bu soyuqda çəkdiyi ağrı və qorxunun təkrarı olmasın. Xoy zəlzələsi qurbanları üçün yardım etməyə canla, başla hazıram”.