“Səs Azərbaycan: Doğma nəğmələr” proqramının növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.
OLAY yazır ki, xüsusilə də “Xarıbülbül” mahnısı ilə yarışan Elnur Fərzəliyevin çıxışı diqqət çəkib.
Münsiflər ona dönməsə də, sonradan bunun üçün peşman olduqlarını bildiriblər. İlqar Xəyal deyib ki, o, öz üslubunda mahnı səsləndirsə, dönə bilərdi. Həmçinin, zalda əyləşənlər də münsiflərin bu addımına təəccüb edib. Sosial şəbəkələrdə isə bunun haqsızlıq olduğunu və iştirakçının çıxışını bəyəndiklərini bildirərək münsifləri qınayıblar.