Musiqi
Musiqi

Polis Britninin evində yoxlama apardı

Polis Britninin evində yoxlama apardı

Britni Spirsdən narahat olan pərəstişkarları müğənninin evinə polis çağırıblar.

OLAY yazır ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, şöbəyə ifaçı ilə hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün çoxsaylı zənglər gəlməyə başlayıb. Pərəstişkarları Spirsin altı ayda yeddinci dəfə İnstaqram hesabını sildiyini, həmçinin restoranda qalmaqal yaratdığını xatırlatdaraq müraciət edib.

Polisin verdiyi məlumata görə, Spirsin evinə baxış keçirilib və onun yaxşı olduğunu müəyyən ediblər. Onların sənətçi ilə şəxsən danışıb-danışmadığı məlum deyil.