Əməkdar artist Elnarə Abdullayeva bəzi həmkarlarından gileylənib.
OLAY yazır ki, bu barədə o, “Həyat tərzi” verilişində danışıb. Abdullayeva ad çəkmədən əksər müğənnilərin toylarda düzgün hərəkət etmədiyini söyləyib:
“Hərdən deyirlər ki, filankəs bu mahnını ifa etdi. Söyləyirəm ki, ən azından oxuyur, oğurluq etmir ki. Müəyyən adamlar var ki, özü bir şey deyil, çoxdandır efirdədir, sənəti yoxdur. Sənə də vaxtında yaşı çox olan müğənnilər elə baxırdı, indi onu bəyənmirsən, kimsən ki, bəyənməyəsən? Bizim ixtiyarımız yoxdur ki, kimisə bəyənməyək.
Deyir, onlar burada oturmasın. Niyə? Biz də kiminsə yanında əyləşə-əyləşə böyüdük. Yanında olsun, nəyisə bilməyəndə başa sal, de ki, yaxşı səsin var, bunu da edə bilərsən. Yox. Deyir, yanımda kimsə oturmasın, göydən gəlmisən? Böyük adamsan? Oxuyansan da. Səsin olmayanda gör kimsən. Onda da musiqiçi ilə necə davranırsansa, elə də rəftar et. Səsin olanda musiqiçini öldürmə. Yuxarıdan aşağı baxır. Elə deyil. Hər halı ilə insana insan kimi yanaş.
Sənə bir-iki manat verdilər, böyüdün? Elmin, zavodun yox, sən kimsən ki? “Dıq” edəndə gedib oturasısan ki, oxumuram. Bu gün toydur, guya bahalı toya gedəndir. Adı toydur. Bahalısı, ucuzu yoxdur. Canın çıxsın, böyüyə də getmə. Özünü böyük sayırsansa, getmə. Gedib bir az oxuyandan sonra “Tərəkəmə” səsləndirəcəksən. Sən özün necə böyük sayırsan, insanları saymaya bilərsən?
Buradan üzümü tutub hamısına deyirəm ki, toylarda hərdən çaşırsız. Toyu özləri aparanda belə edirlər. Çaşıb eləməyin, mikrofonu götürüb ağzıma gələni deyərəm”.