Meqastar Tarkan və müğənni-bloger Reynmenin (Yusuf Aktaş) duet oxuyacağı iddia olunub.
OLAY yazır ki, buna səbəb Reynin müğənninin işbirliyində olduğu “DMC” şirkətinə transfer edilməsidir.
Ən çox Tarkanla duet oxumaq istədiyini açıqlayan gənc ifaçının yaxın günlərdə bu iş üçün hazırlıqlara başlayacağı da deyilir. Həmçinin instaqramda izlədikləri siyahısını sıfırlayan bloger Tarkanı “follow” etməyə başlayıb.