Musiqi
Musiqi

“Casio” rəsmiləri brendi aşağılayan Şakiraya cavab verdi

“Casio” rəsmiləri brendi aşağılayan Şakiraya cavab verdi

Şakiranın Jerard Pikeyə söz atdığı mahnı geniş qalmaqal yaradıb.

OLAY yazır ki, bəstədə adı çəkilən brendlərlə yanaşı futbolçunun özü də keçmiş sevgilisinə cavab verib. Pike Şakiranın ifasındakı saatlarla bağlı hissə haqda ““Casio” möhtəşəm saatdır. Ömür boyu istifadə edə bilərsən” sözlərini səsləndirib.

Brendin özü tvitter hesabında bu paylaşımları edib:

“Şakira, bəlkə bir “Rolex” deyilik. Amma görünür ki, müştərilərimiz bizə sadiqdir. “Casio” saatlarımızı qorumaq üçün istifadə olunan batareyalar Şakira ilə Pikenin münasibətindən daha uzun ömürlüdür. Unutma ki, məyus bir “Rolex” olmazdan əvvəl sən də bir “Casio” idin”.

Qeyd edək ki, Şakira mahnısında “”Rolex”i “Casio”ya dəyişdin” ifadəsini səsləndirmişdi.