Musiqi
Musiqi

Xarici mahnını ana dilində oxudu, viral oldu

Xarici mahnını ana dilində oxudu, viral oldu

Müğənni Səidə Sultan növbəti ifası ilə diqqət çəkib. 

OLAY yazır ki, Səidə bu dəfə dünyaca məşhur müğənni Selena Qomez və Remanın “Calm Down” mahnısını ana dilimizə uyğunlaşdırıb. 

O, xarici dildə olan bəstənin sözlərini dəyişib. Səidə bu mahnını ilk dəfə “Səhər Mərkəzi” verilişində oxuyub. Proqramdan olan kadrlar qısa zamanda TikTok-da və digər sosial platformalarda viral olub.