Musiqi
Musiqi

Röya 7 il sonra bunu edəcək

Röya 7 il sonra bunu edəcək

Xalq artisti Röya Ayxan üç gün ard-arda baş tutacaq konsertinin rejissoru məlum olub.

OLAY yazır ki, estrada ulduzunun “Dəli kimi” adlı musiqili gecəsi Ranar Musayevə həvalə olunub. Bununla da, R. Ayxanın 7 ildən sonra yenidən rejissor işi olan solo konserti olacaq.

“Sonuncu dəfə belə konsertimiz Heydər Əliyev Sarayında ( 2016-cı il – “Qadın”) olub.  Rejissorlar çalışmışdı, bənzər obrazlar yaradılmışdı. Neçə il sonra yenidən o həvəsi yaşadığım konsertim olacaq. Axır ki, mənə də qismət oldu. İlk dəfə Ranar Musyaevlə solo işim olacaq”, - deyə Röya Ayxan bildirib.

Qeyd edək ki, konsert 27, 28, 29 yanvarda Bakı Konqres Mərkəzində baş tutacaq.