Türk müğənni Zeynep Bastık sağaldıqdan sonra ilk konsertini Bakıda verəcək.
OLAY yazır ki, ötən həftələrdə onurğa sümükləri sınan sənətçi yanvarın 21-i paytaxtımızda səhnə almağa hazırlaşır. Zeynep özü bu barədə instaqramda paylaşım edib. “Yanvarın 21-i Bakıda görüşürük, dostlar. Xəsarət alıb, sağaldıqdan sonra ilk konsertimdir. Enerjini siz düşünün”, - deyə, Bastık bildirib.
Qeyd edək ki, sənətçi Bakı Konqres Mərkəzində çıxış edəcək.
Onu da xatırladaq ki, Zeynep evində yıxılmış, onurğa sümükləri sınmışdı. O, bir müddətdir tədbirlərə qatılmır, konsertlərinə çıxmırdı.