Aparıcı Kazım Sübhan Azərbaycanda fəaliyyət göstərən musiqi şirkətlərindən şikayətçidir.
OLAY yazır ki, o, feysbukdakı hesabında status yazaraq sözügedən müəssisələrə ismarıc yollayıb:
“Yəqin ki, sizi də paylaşdığınız videolara gələn şikayətlər bezdirib! Mən anlamıram ki, necə olur müğənni öz ayağı ilə gəldiyi verilişə onun çalışdığı musiqi şirkəti şikayət göndərir.
Əvvəllər tamaşaçı, dinləyici sevdiyi mahnını paylaşardı və bu mahnının piarına da təsir göstərərdi! İndi isə hər adını şirkət qoyan videolara blok atır! Bu düzgündür? Adını da qoyurlar ki, müəllif hüquqları!
Xeyr! Müəllif hüquqları məsələsi deyil! Səbəb yenə də puldur! Birdən biz milyonlar qazanarıq o videodan, o verilişdən! Çox mənasız və məntiqsiz! İndi deyəcəklər ki, bütün dünyada belədir! Sən hələ gəl o səviyyəyə çat, sonra dünya ilə özünü müqayisə edərsən! Onsuzda heç kim “Youtube”dan milyonlar qazana bilməyəcək”.