Musiqi
Musiqi

Kazım Əliverdibəyov vəfat etdi

Kazım Əliverdibəyov vəfat etdi

Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüs, dirijor Kazım Əliverdibəyov vəfat edib.

OLAY yazır ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı məlumat yayıb.

Bildirilib ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, K.Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!