Musiqi
Musiqi

Türk musiqiçi ifasıyla populyarlaşan azərbaycanlı uşaqlarla görüşdü

Türk musiqiçi ifasıyla populyarlaşan azərbaycanlı uşaqlarla görüşdü

Məşhur türk musiqiçi və vokal məşqçisi Emre Yücelen “Dəşti Təsnifi” ifaları ilə sosial şəbəkədə populyarlaşan Habil Məmmədov və tələbələriylə görüşüb.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.

“Unudulmaz bir gün idi. Azərbaycana Habil müəllim və tələbələrini ziyarət etməyə gəlmişdim.  Nəhayət görüşdük”, - deyə, Yücelen vurğulayıb.

Qeyd edək ki, qısa müddət öncə türk tiktoker və vokal məşqçisi Doğan Cem tiktokda uşaqların ifasına duet çəkərək, “Gələcəyin sənətçiləri” şərhi ilə paylaşmışdı. Həmin video sözügedən platformada 4 milyona yaxın izlənilib.