Musiqi
Musiqi

Rusiya vətəndaşlığını almağa hazırlaşır

Rusiya vətəndaşlığını almağa hazırlaşır

Əslən Ukraynadan olan müğənni Lyubov Uspenskaya tezliklə Rusiya vətəndaşlığını alacağını etiraf edib.

OLAY yazır ki, sənətçi bu barədə “Beşinci Kanal”a müsahibəsində bildirib.

“Rusiyada yaşamaq arzusunda idim. Və günlərin birində arzum gerçəkləşir - Rusiya vətəndaşlığını alıram. Bu bayramdır, mən Rusiya vətəndaşı olmaqla daha da xoşbəxt bir insan olacağam”,- deyə Uspenskaya qeyd edib. 

Qeyd edək ki, Lyubov Uspenskaya 24 fevral 1954-cü ildə Kiyevdə anadan olub. 1970-ci illərin sonlarında sənətçi ABŞ-a gedib və 1993-cü ildə Rusiyaya qayıdıb.