Dünən Ermənistanda baş tutan “Uşaq Avroviziya - 2022” Mahnı Müsabiqəsində texniki problem yaranıb.
OLAY yazır ki, yarışmanın sonunda, yəni səsvermə anında “junioreurovision.tv” portalı çöküb. Bununla bağlı Avropa Yayım İttifaqı (EBU) açıqlama yayıb.
“Bu il yarışmada səsləri qeyd etdik, lakin portalda səsvermədə problem yarandı. Bu səbəbdən üzr istəyirik”.
Qeyd edək ki, yeni qaydalara əsasən, iştirakçı olmayan ölkələr onlayn platforma vasitəsilə səs verə bilirlər. Bu səsvermə həm yarımfinal, həm də böyük final üçün etibarlıdır.