Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın Bakı konsertinin qiymətləri narazılığa səbəb olub.
OLAY yazır ki, 19 fevralda Bakı Konqres Mərkəzində çıxış edəcək sənətçinin mahnılarını dinləmək istəyənlər 70-400 AZN arası ödəniş etməlidir.
Qiymətləri öyrənən sosial şəbəkə istifadəçiləri isə insanların büdcəsinin nəzərə alınmadığını vurğulayaraq, şərh bölməsində şikayətlərini bildirib.
Qeyd edək ki, bu müğənninin paytaxtımıza ilk gəlişi deyil. Ortaç bir neçə dəfə Bakıda müxtəlif məkanlarda çıxış edib. Bu dəfə isə qiymətlər həmişəkindən fərqli olaraq baha olub.