Yekaterinburqun Lenin rayon məhkəməsi “Ladoşki şousu” konsertlərinin təşkilatçılarından müğənni Maks Barskixin qərarına görə biletlərin pulunu geri qaytarmağı tələb edib.
OLAY yazır ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, əvvəlcə Barskixin çıxışı 2020-ci ilin sentyabrında baş tutmalı olub.
Bundan sonra konsert koronavirus pandemiyası səbəbindən təxirə salınıbvə 16 aprel 2022-ci il son tarix olaraq təyin olunub. Bu zaman ifaçı Rusiyadakı konsertlərdən imtina edib.
“Məhkəmə göstərilən tələbləri qismən təmin etdi: istehlakçılara biletlərin pulu tam olaraq geri qaytarılacaq, lakin mənəvi zərərin məbləği hakimin qərarı ilə elan edilmiş 5 min rubldan 300 rubla endirildi”,- deyə portalda bildirilib.